Saat:04:03
Haqqımızda

Əlilliyi olan şəxslər ƏƏSMN sistemində işləyə bilməz? – MƏĞRUR BƏDƏLSOY YAZIR

2022-01-28 13:37:00

Əlilliyi olan şəxslər ƏƏSMN sistemində işləyə bilməz? – MƏĞRUR BƏDƏLSOY YAZIR

Əlilliyi olan şəxslərin reabilitasiyasında, normal həyata qayıtmasında, maddi – sosial rifahlarının yaxşılaşdırılmasında iş, məşğulluq problemlərinin çözülməsi önəmli rol oynayır. Bu sahəyə dövlətin, hökumətin ciddi diqqət yetirməsini söyləmək olar. Özəlliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  (ƏƏSMN) başlıca görəv borclarından biri və demək olar ki, birincisi əlilliyi olan şəxslərin işlə təminatıdır.

Ədalət adına deyək ki, ƏƏSMN bu görəvini layiqincə yerinə yetirmək üçün hər şeyi edir. Yəni, əlillərin ixtisaslarına uyğun olaraq iş yerlərinə göndərişlə təmin edilməsi həyata keçirilir, lakin bir çox qurumlar çeşidli bəhanələrlə ƏƏSMN -in göndərişlərini geri çevirirlər. Özəlliklə, iri şirkətlər SOCAR,  AZAL , mobil operatorlar , kommunal xidmət qurumları və s.dövlətin əlilliyi olan şəxslər barəsində sosial -iqtisadi siyasətinə əməl etmirlər. Başlıca bəhanə odur ki, əlillər istehsalatda işləyə bilməz.  Halbuki qanunvericiliyin tələblərinə görə, təşkilati və hüquqi formasından asılı olmayaraq, bütün qurumlar əlilliyi olan şəxslərin işləməsinə şərait yaratmağa, kvota əsasında onları işə götürməyə borcludur.

Bizim yazının özəyini ƏƏSMN sistemində əlilliyi olan şəxslərin işə götürülməsindəki çətinliklərlə bağlıdır. Düzü, nazir Sahil Babayevin özünün  bu məsələdə əlilliyi olan şəxslərin yanında olmasını  ona  müraciət edənlərin  kadrlar idarəsindən çağırılıb sorğu – sual edilmələri ortaya qoyur. Nə yazıq, nazirin göstərişi sorğu – sualdan o yana keçmir. Dövlət qulluğuna qəbulun onların səlahiyyətlərinə aid olmadığını bildirən kadrlar idarəsi əmək müqaviləsi ilə işə götürməkdən də imtina edir . İl yarımdır ƏƏSMN tabeliyində yaradılan publik hüquqi şəxslərdə əlillərin müqavilə əsasında işlə təmin olunması da gerçəkləşmir. Ölkədə nə qədər əlil-jurnalist var, hansısa dövlət qurumunun, publik şəxsin, özəl şirkətin  bu əlillərə mətbuat xidmətində iş verməsini eşidən – bilən varmı? Hansısa əlilin nazir müşaviri olmasını necə? Yeri gəlmişkən, nazirin əmri ilə DİN katibliyinin rəisi, general – mayor Səfər Əliyev son yaş həddinə çatması ilə bağlı təqaüdə göndərilən günün ertəsi nazirin müşaviri təyin edilib . Görünür , bir neçə minlik general təqaüdü bəs etmir. Bir neçə il qabaq mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov da təqaüdə çıxan kimi mülki görəv olan maddi texniki təchizat idarəsinə rəis qoyulmuşdu. Halbuki nazirliyin müharibə əlillərinə elə həmin Səfər Əliyev kadrlar idarəsinin rəis müavini olanda mülki iş olmadığını on illər ərzində bildirməkdən doymurdu. Belə çıxır, mülki işlər də rəhbərlərə  vakant saxlanılır ki, təqaüdə çıxanda “acından ölməsinlər” ? Qarabağ əlillərinə niyə belə “mülki” dolanışıq qayğısı” göstərilmir, heç adi mülki xidmət işinə də layiq görülmür?

ƏƏSMN -in,  özəlliklə məşğulluq  mərkəzlərinin əlillərin iş problemlərinin çözümündə xidmətini danmaq, ən azı insafsızlıq olar. Əlillərə ilgidə başlıca prinsip onlara insan kimi yanaşmadır. Məşğulluq mərkəzlərinin əməkdaşlarının qazilərə, əlilliyi olan şəxslərə ilgisi isə qayğıdan qaynaqlanır. Qalır iş yerlərinin qayğısı. .. Ən başlıcası, əlilliyi olan şəxslərin ƏƏSMN sistemində əlillik siyasəti ilə bağlı işlərdə işlə təmin olunması niyə həyata keçirilmir ? Nazir(liy)ə əlillərin problemini içindən bilən işçi gərək deyil?

Məğrur BƏDƏLSOY

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR