Saat:18:41
Haqqımızda

Əlillik və müvafiq sosial ödənişlər təyin olunan qazilərin sayı AÇIQLANDI - FOTO

2021-09-23 16:40:00

Əlillik və müvafiq sosial ödənişlər təyin olunan qazilərin sayı AÇIQLANDI - FOTO

Vətən müharibəsinin 2000 nəfərədək iştirakçısına ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib.

Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim olunur.

Həmin şəhadətnamə və tibb müəssisələri tərəfindən elektron sistemə daxil edilmiş göndəriş (forma 88) əsasında, yekun mərhələ olaraq əlilliyin qiymətləndirilməsi aparılır.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR