ƏLİLLİK SAHƏSİNDƏ YENİLİK - Gələn aydan yeni meyarlar tətbiq olunacaq

2022-06-10 12:58:00

ƏLİLLİK SAHƏSİNDƏ YENİLİK - Gələn aydan yeni meyarlar tətbiq olunacaq

“Bu ilin iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, yeni meyarlara əsasən əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin msoüəyyən edilməsi əsasında, daha əhatəli qiymətləndiriləcək: “Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, danışma, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya