Əlillərə kredit verilirmi?

2023-01-14 11:01:00

Əlillərə kredit verilirmi?

Bir müddət əvvəl Milli Məclisin deputatı Azay Quliyev  Azərbaycanda işləməyən, eləcə də ailəsində 1-ci və 2-ci qrup əlil olan, müəyyən sosial təminata və yaxud yardıma ehtiyac duyan şəxslərin götürdüyü kreditlərin faizlərinin ödənilməsi ilə bağlı fərqli rejim tətbiq  olunması təklifi irəli sürüb.

Deputat deyib ki, 2015-ci ildən bəri banklarla bağlı ciddi islahatlar həyata keçirilir. Belə ki,  bir sıra bankların lisenziyaları ləğv olunub və onlarla bağlı bütün səlahiyyətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna verilib. Deputat hesab edir ki,  bağlanmış bankların verdiyi kreditlər üzrə qərarlar yenidən müzakirə olunmalı və baxılmalıdır.

“Cənab prezident problemli kreditlərlə bağlı tarixi sənəd imzaladı və 10 minlərlə vətəndaşımızın problemli kreditləri ilə bağlı tarixi qərarlar qəbul edildi. Ona görə də, bu məsələ aidiyyəti qurumlarla müzakirə edilsin. Xüsusən ilkin məbləği ödəyən vətəndaşlara, hansı ki işləmir, ya da ailəsində əlil var, onlara kredit faizləri bağışlanılsın”,- deyə deputat təklif irəli sürüb.

Onun sözlərinə görə, bu məsələ dövlət səviyyəsində həll edilməlidir.

Əlillərə kredit verilirmi?

İqtisadçı Əkrəm Həsənov də Bizimyol.info xəbər portalına açıqlamasında deyib ki, qanunvericiliyə görə şəxsin rəsmi gəliri və ya pensiyası yoxdursa, ona kredit verilə bilməz.  Əlillərin pensiyası olduğuna görə, onlara kredit verilir.  "Demirəm bütün əlillərə kredit verilir, amma alanlar var” –deyə o əlavə edib.

Əkrəm Həsənov Əkrəm Həsənov

Kreditlərin faizlərinin silinməsinə gəldikdə isə iqtisadçı qeyd edib ki, bu yalnız dövlət hesabına baş verə bilər.  Gərək dövlət bunu maliyyələşdirsin.

“Heç kəs banklara deyə bilməz ki, siz faizləri bağışlayın. Çünki o pul bankalrın öz pulu deyil. Banklar da cəlb edir və onların əmanətçilər qarşısında öhdəlikləri var. Banklar bu öhdəlikləri yerinə yetirməlidir".

Kredit faizlərinin aşağı salınması və müddətin uzadılmasına gəldiksə isə, iqtisadçının fikrincə bu fərdi məsələdir.

Bu da dövlət hesabına mümkün ola bilər.

Dövlət gərək bankların maliyyə və zaman itkilərini maliyyləşdirsin.

Bu da mümkündür.

“Bütünlükdə isə Azərbaycanda kredit faizlərinin aşağı salınması gözlənilmir”-deyə iqtisadçı qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.160008