"Əli İnsanov YAP-çılarla çox səmimi görüşdü" - AÇIQLAMA

2022-11-22 09:44:00

“Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından biri olub. “91-lər”dən biri kimi Heydər Əliyevin hakimiyyətə gəlməsində xidmətləri olub. Uzun illərdən sonra mən də Əli İnsanovla görüşdük. O, həm mənimlə, həm də digər köhnə YAP-çılarla səmimi görüşdü”.

Hurriyyet.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında YAP Nəzarət Təftiş Komissiyasının üzvü , hakim partiyanın yaradıcılarından biri olmuş Musa Musayev deyib: “1992-1993-cü illərdə YAP Nəsimi Rayon Təşkilatının sədri idim. Sonra mənim yerimə Əli İnsanov sədr seçildi. Mən də onun müavini oldum. Bu gün başqa bir partiyanın sədri kimi bizim tədbirə qatılsa da köhnə YAP-çı kimi hər kəslə səmimi ortamda görüşdü. Demək olar ki, köhnə YAP-çıların hamısı onunla görüşdü”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.122473