Əli İnsanov siyasi partiyalar haqqında layihənin müzakirəsinə niyə qatılmır?

2022-09-12 11:57:00

Əli İnsanov siyasi partiyalar haqqında layihənin müzakirəsinə niyə qatılmır?

“Siyasi partiyalar haqqında qanun” layihəsində yeni düzəlişlər ciddi müzakirə mövzusudur. Artıq ölkənin aparıcı siyasi təşkilatları yeni qanun layihəsi ilə bağlı öz mülahizələrini bölüşürlər. 800 min üzvü olan hakim partiya ilə yanaşı, “cırtdan” partiyalar da təklif və iradlarını bildirir.

Demək olar ki, ölkənin bütün siyasi spektrı bu məsələ ilə bağlı fikir mübadiləsi yürüdür. Lakin diqqət çəkən məqam sabiq səhiyyə naziri Əli İnsanovun bu müzakirələrdən kənardan qalmasıdır.

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun susqunluğunu qorumasına səbəb isə sosial şəbəkələrdə yayılan məlumatlara görə, onun səhhətində olan problemlərlə bağlıdır.

Yenisabah.az-a açıqlamasında HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli bu iddiaları təkzib edib:

“Əli İnsanovun səhhəti yaxşıdır, heç bir problem yoxdur, bu xəbərlər də yalandır.

O ki qaldı yeni layihəyə, onun bağlı mövqelər müəyyənləşir. Partiyamızda da müzakirə olunacaq. Ondan sonra yekun mövqeyimiz ortada olacaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063301