Əli İnsanov niyə “cırtdan“lardan fərqlənmədi? - “Yaxın zamanlarda...”

2022-06-11 14:07:00

Əli İnsanov niyə “cırtdan“lardan fərqlənmədi? - “Yaxın zamanlarda...”

Sabiq səhiyyə naziri Əli İnsanov həbsdə olarkən adı ətrafında böyük ajiotaj yaranmışdı.

Bəziləri hesab edirdi ki, İnsanov məhbəsdən çıxan kimi müxalifətin "kilid adamı"na çevriləcək. Onu narazı elektoratı, xüsusilə də qərbi azərbaycanlılardan ibarət kontingenti ətrafında birləşdirəcəyi proqnozlaşdırılırdı. 

Lakin Əli İnsanovun azadlığa çıxmasından 3 ildən çox vaxt keçsə də, bu proqnozlar özünü doğrultmadı. Haqq və Ədalət Partiyasının (HƏP) sədrinin ölkənin ictimai-siyasi həyatındakı təsir imkanı digər “cırtdan” partiyaların rəhbərlərindən fərqlənmədi.

Eks-nazir niyə siyasətdə uğur qazana bilmədi? Sabiq iqtidar nümayəndəsi niyə indi “müxalifətin ağsaqqalı” kimi ciddə fəaliyyət göstərə bilmir?

Yenisabah.az-a danışan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib ki, Əli İnsanovla birlikdə məhbəsdə olarkən onu müdafiə edib:

“Vallah, mən Əli İnsanovu həmişə müdafiə etmişəm. Həbsxanada olanda da onun üçün əlimdən gələni etmişəm. Şükür Allaha, artıq azadlığa çıxıb. Azadlığa çıxanda da onunla bir-iki dəfə görüşmüşəm. Hətta siyasi partiya yaratmasını da alqışlamışam.

Allah yolunu açıq etsin. Mən inanıram ki, Əli İnsanov böyük siyasi perspektivlər vəd edir. Yəqin yaxın zamanlarda siyasətdə onun da ayaq səslərini eşidəcəyik”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya