Saat:09:48
Haqqımızda

"Əli İnsanov 1000 avroya mənə arayış satıb" - Avropadan ŞOK İDDİALAR VİDEO

2021-11-27 17:44:00

Xaricə sığınmış Ruslan Cəlilov polkovnik İsa Sadıqovu da arayış alverçisi adlandırıb

Xaricdə mühacirətdə olan və söyüş müxalifətinin tanınmış simalarından sayılan Ruslan Cəlilov Əli Oğuzun verilişində iştirak edib.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, o, olduqca maraqlı faktlar açıqlayıb.

Ruslan Cəlilovun iddialarına görə, Haqq Ədalət Partiyasının sədri, keçmiş səhiyyə naziri Əli İnsanov Avropada siyasi sığınacaq alması üçün ona öz imzası ilə 1000 avro qarşılığında arayış verib. Maraqlısı budur ki, R.Cəlilov özü də bildirir ki, HƏP üzvü olmadığı halda, bu arayış ona necə verilib?!

O, həmçinin bildirib ki, Norveçdə mühacir həyatı yaşayan polkovnik İsa Sadıqov da ona pul müqabilində arayış satıb.

Xatırladaq ki, adıçəkilən şəxslər - Əli İnsanov və İsa Sadıqov hələ də bu iddialara münasibət bildirməyiblər.

Musavat.com olaraq məsələ ilə bağlı Haqq Ədalət Partiyasının rəsmisi Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. Z.Məmmədli mövzuya şərh verməkdən imtina etdi. Buna baxmayaraq, ittiham olunan şəxslərin hər birinin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR