"Əli Hüseynovun qəhrəmanlığı onu tanıyanlar və döyüş yoldaşları tərəfindən hər zaman qürurla xatırlanır" - MİLLƏT VƏKİLİ

2023-09-14 12:21:57

Vüqar Bayramov: "Yas mərasimində şəhidimizin hazırda Beyləqan rayonunda məskunlaşan qardaşları ilə birlikdə qəhrəman hərbiçimizin qısa və şərəfli həyat yoluna nəzər saldıq"

"Füzuli rayonunun Yuxarı Yağlıvənd kənd sakini olan Əli Hüseynovun nəşinin qalıqları 30 il sonra Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanıb. Şəhidimiz nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırıldı. Yas mərasimində şəhidimizin hazırda Beyləqan rayonunda məskunlaşan qardaşları ilə birlikdə qəhrəman hərbiçimizin qısa və şərəfli həyat yoluna nəzər saldıq". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, Əli Hüseynov 1993-cü il avqustun 6-da Xocavənd rayonunun Məlikcan kəndi istiqamətində itkin düşüb: "I Qarabağ müharibəsi başlayanda Əli tanışları ilə birgə doğma kəndi Yağlıvəndin müdafiəsinə qalxıb. O, sonradan könüllü batalyonlarına qoşularaq düşmənə qarşı mübarizəsini davam etdirib. Əli Hüseynovun qəhrəmanlığı onu tanıyanlar və döyüş yoldaşları tərəfindən hər zaman qürurla xatırlanır. Qeyd edək ki, 2020-ci ilin noyabr ayında işğaldan azad edilmiş ərazilərdə 500-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Onlardan 15-nin şəxsiyyəti artıq müəyyən olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.145467