Saat:19:57
Haqqımızda

Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR

2021-11-27 15:55:00

Əli Həsənovun nəvəsinin məhkəmə işi yenə UZANDI – Zərərçəkmiş qərardan NARAZIDIR

Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində törətdiyi ağır qəzada zərər çəkən türk iş adamı Mütallib və onun həyat yoldaşı Söngül Tekiş arasında məhkəmə prosesi davam edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bizim.Media-ya açıqlama verən Mütallib Tekiş bildirib. O, qeyd edib ki, 23 noyabrda hakim Xumar Mərdanovanın sədrliyi ilə keçirilən Apelyasiya məhkəməsi qərarını açıqlayıb.

Şikayətçinin sözlərinə görə, məhkəmə onların şikayətini qismən təmin edilməsinə qərar verib.

“Mən məhkəməyə həyat yoldaşımın müayinə nəticələrini təqdim etməyimə baxmayaraq, məhkəmə Nərimanov məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayaraq, bizim şikayətimizi qismən təmin etdi. Müayinə nəticələrində açıq-aydın göstərilib ki, mənim yoldaşım qəza nəticəsində əlil olub, onun uzun müddət müalicəyə ehtiyacı var. Lakin məhkəmə demək olar ki, Əli Həsənovun ailəsini ödənişlərdən azad etdi”.

Şikayətçi, Mütallib Tekiş heç bir maneə baxmayaraq, yolun sonuna qədər mübarizə aparacağına əvvəl Ali məhəməyə daha sonra lazım gələrsə Avropa məhkəməsinə də müraciət edəcəyini bildirib:

“Məhkəmə bizim haqqlarımızı tapdaladı və zülm edilən tərəf biz olduğumuz halda haqsız vəziyyətə düşdük. Bu işdə mənə çox şübhəli gələn məqamlar var. Ancaq mən mübarizəmi Avropa insan hüquqları məhkəməsinə qədər davam etdirəcəyəm.

Mənə çox maraqlıdır, biz bütün sübutları, sənədləri və xəstəxana müayinələrini məhkəməyə təqdim etdiyimiz halda, ədliyyə niyə bizim şikayətimizi nəzərə almadı? Yoldaşımın müalicəsi hələ davam edir və uzun müddət də davam etməlidir. İndiyə qədər bu müaicəyə külli-miqdardarda pul xərclədiyim üçün daha heç nə etməyə imkanım yoxdur.

Bu cür vəziyyətdə mən nə etməliyəm, yoldaşımı ağrılar içində ölməyinə tamaşa etməliyəm?”

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb.

Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib və o, müflis olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR