Əli Həsənovun kadrı Naxçıvanda məhkəməyə verildi - FOTO

2023-01-06 17:53:00

Əli Həsənovun kadrı Naxçıvanda məhkəməyə verildi - FOTO

“Ziraat Bank Azərbaycan” ASC Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq sektor müdiri Bəhruz Həsənovu məhkəməyə verib.

Hurriyyet.az bildirir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, buna səbəb Bəhruz Həsənovun banka olan kredit borcunu ödəməməsi olub.

İş birinci instansiya mərhələsində baxıldıqdan sonra Naxçıvan Ali Məhkəməsinə göndərilib. İddiaya hakim Mehman Allahverdiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Bəhruz Həsənov Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova yaxın şəxslərdən olub. Ə.Həsənov vəzifəsindən azad edildikdən sonra B.Həsənov onu tənqid edənlərə qarşı mediada bir sıra çıxışlar edib.

Əli Həsənovun kadrı Naxçıvanda məhkəməyə verildi


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.230059