Saat:05:21
Haqqımızda

Əli Həsənovun arvadına məxsus bağçada şiddət - Video

2025-05-29 12:26:06

Əli Həsənovun arvadına məxsus bağçada şiddət - Video

"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Hurriyyet.az xəbər verir ki, paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı qeyd olunub.

"Hadisə "Lənkəran Kaspi Kids" uşaq bağçasında baş verib. Müəllim uşağın başına necə vurursa, başından qan gəlir. Nə qədər vəzifəsini sevməyən, uşaq sevməyən insanlar varsa, gedib işləyirlər. Hansı valideyn bu görüntüyə dözər?", - paylaşımda qeyd olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sözügedən bağça Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsusdur.

axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213614