Əli Həsənova məxsus daha bir şirkət BAĞLANIR

2022-06-07 11:57:00

Əli Həsənova məxsus daha bir şirkət BAĞLANIR

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC ləğv olunur.

Hurriyyet.az xəbər verir ki, şirkət bununla bağlı elan verib.

Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub.

“Beynəlxalq Mətbuat Mərkəzi” MMC (BMM) 10.09.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur.

Qeyd edək ki, mətbuatda A.Vəliyevin Əli Həsənova məxsus biznes şəbəkələrini idarə etdiyi deyilir. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada BMM-dən başqa “Kaspi” qəzeti, “Azərbaycan müəllimi”, “Kaspi Art” və s. kimi təşkilatlar fəaliyyət göstərib.

ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya