Saat:21:14
Haqqımızda

Əli Həsənov niyə həbs olunmur? - “Hər şeyin geci-tezi var”

2022-05-26 14:52:00

Əli Həsənov niyə həbs olunmur? - “Hər şeyin geci-tezi var”

Ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli ağır rejimili cəzaçəkmə müəssisəsinə köçürülüb.

Hurriyyet.az xatırladır ki, keçmiş direktorun bir neçə ay davam edən məhkəmə prosesində dəfələrlə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun adı hallanıb. Məhkəmənin qərarı ilə ağr cəzaya məhkum edilən Vüqar Səfərli sifarişləri Əli Həsənovdan aldığını, bütün qanunsuzluqları onun göstərişi ilə törətdiyini bildirib. Buna baxmayaraq? Əli Həsənov nəinki həbs olunmadı, hətta şahid qismində istintaqa belə çağırılmadı.

Əli Həsənovla bağlı iddialar niyə araşdırılmadı? Əli Həsənovu hansı “əl “ qoruyur?

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Yenisabah.az-a açıqlamasında deyib ki, əslində, cəzalandırılmalı olan şəxs Əli Həsənovdur:

“Allah hər kəsin qapısını açsın. Heç kimə həbs arzulamıram. Lakin cinayətdə əli olanlar cəzalandırılmalıdır. Güman edirəm ki, o işdə təkcə Vüqar Səfərlinin günahı yoxdur. Çünki Vüqar Səfərli dəfələrlə bu haqda məhkəmədə də danışaraq Əli Həsənovun tapşırıqlarını yerinə yetirdiyini deyib. Burada əsas cəzalandırılmalı məmur Əli Həsənovdur. Cinayət işi Əli Həsənova açılmalıdır. Ən azı Vüqar Səfərlini bu işə cəlb edən, sifariş verən adam kimi cəzalandırılmalıydı. Çox təəssüf ki, biz onu görmədik”.

Ə.Zeynallı qeyd edib ki, Əli Həsənov gec-tez mütləq məsuliyyətə cəlb olunacaq:

“Əli Həsənovun istintaqa niyə cəlb olunmaması, müəmmalı şəkildə qorunması ayrı məsələdir. Biz tələb edirik ki, o, əməlinin cəzasını çəksin. Bütün biabırçılıqlara görə Əli Həsənov cəzalandırılmalıdır. Hər şeyin geci-tezi var. Əli Həsənov mütləq məsuliyyətə cəlb olunacaq”.

Yenisabah.az
1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR