"Əli Həsənov kimi insanlar Kino İttifaqını dağıtdı" - Rasim Balayev

2022-05-31 15:08:00

"Rüstəm İbrahimbəyov böyük şəxsiyyət idi. Mən 23 il onunla bir yerdə işləyib, ona diqqət etmişəm".

Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev deyib.

"Ümid edirəm ki, İdarə Heyətinin üzvlərinin və digər üzvlərin təkliflərini dinləyib, birgə işləyərik. O vaxt Rüstəm İbrahimbəyova qarşı oyunlar oynanıldı. Əli Həsənov kimi insanlar Kino İttifaqını dağıtdı, dedilər digər ittifaqa keçməsəz, işdən çıxacaqsan. Nəhayət sonradan hər şey üzə çıxıdı. Bundan sonra çalışacam ki, hər şey yaxşı olsun", -o bildirib. (Report)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya