Əli Əsədov Sulaimlə görüşdü
2021-09-21 17:16:00
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.
Nazirlər Kabinetindən Hurriyyet.az-a bildirilib ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi.
“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olundu.