Əli Əliyev həbsxana yoldaşını döyüb?

2022-09-01 16:06:00

Əli Əliyev həbsxana yoldaşını döyüb?

Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev həbsxanada davaya qarışıb. 

Hurriyyet.az xəbər verir ki, onun Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Əli Əliyev iş üzrə şahid qismində dindirilib.

Qeyd edək ki, partiya sədri 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatır.

Qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.102896