Əli Əliyev aclıq aksiyasını dayandırdı

2022-06-08 12:54:00

Əli Əliyev aclıq aksiyasını dayandırdı

Ötən gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başladığını söyləmişdi.

Hurriyyet.az “Unikal”a istinadən xəbər verir ki, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin profilaktik söhbətlərindən sonra Əli Əliyev başladığı aclıq aksiyasını dayandırıb.

Qeyd edək ki, VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya düşən DSX-ya məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 6 ay müddətinə azadlıqdan məhrum olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya