Əli Abdullayev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən çıxarıldı - SƏBƏB

2022-05-25 20:31:00

Əli Abdullayev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən çıxarıldı - SƏBƏB

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli Abdullayev artıq nazirlikdə işləmir.

Bu barədə nazirin müşaviri Rəşad Bayramov məlumat verib.

Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı sərəncamlarla Fərid Əhmədov, Samir Məmmədov və Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müavinləri təyin ediliblər. İndiyədək digər nazir müavinləri isə Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov və Rövşən Rüstəmov olub. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya