Saat:16:19
Haqqımızda

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

2025-01-08 15:28:42

Elektrik sayğacları hansı ölkələrdən və neçəyə alınır? - 6 min 205 manata...

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 232 min 252 ədəd elektrik enejisi sayğacları gətirilib.

Hurriyyet.az xəbər verir ki, bu miqdarda sayğacların alışına 6 milyon 737 min 120 ABŞ dolları (11 milyon 453 min 104 manat) vəsait xərclənib. Alınan bir ədəd sayğacın orta qiyməti 29 dollar (49 manat 30 qəpik) təşkil edib.

Alınan ən bahalı sayğac Kanadadan (6 min 205 manat), ən ucuzu isə Türkiyədən (bir ədəd üçün orta qiymət 26 manat 20 qəpik) olub.

Azərbaycana elektrik enetjisi sayğacları gətirilən ölkələr və alınan sayğacların qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Ölkələr   Miqdar (ədəd) Məbləğ (min ABŞ dolları) Bir ədəd üçün orta qiymət (manatla)
  Rusiya 103 9,34 154,1
  Amerika Birləşmiş Ştatları 2 5,5 4 675
  Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 2 1,81 1 538,5
  Çin 101 043 4 682,25 78,7
  Çinin xüsusi inzibati rayonu Honkonq 20 0,65 55,25
  Gürcüstan 1 0,03 51
  Hindistan 50 2,27 77,18
  İndoneziya 2 1,13 960,5
  Kanada 1 3,65 6 205
  Sinqapur 1 0,35 595
  Türkiyə 130 948 2 019,11 26,2
  Almaniya 1 0,18 306
  İtaliya 77 10,67 235,5
  Slovakiya 1 0,17 289
       

Bəhs olunan dövrdə Azərbaycandan xarici ölkələrə 5 min 100 dollara 34 ədəd elektrik enejisi sayğacları satılıb. İxrac olunan bir ədəd elektrik enejisi sayğacının qiyməti 150 dollar (255 manat) təşkil edib.

Rusiyaya 60 dollara 3 ədəd (bir ədəd üçün orta qiymət 34 manat), Gürcüstana isə 5 min 40 dollara 31 ədəd (bir ədəd üçün orta qiymət 276,3 manat) elektrik enejisi sayğacı satılıb.

Valyuta.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213677