"Elə bir mühafizə sistemi yaratmışdılar ki, sanki AMEA hərbi qurumdur" - ARAŞDIRMA

2022-08-01 16:28:00

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSR Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Milli Elmlər Akademiyasına çevrilib.Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının 40 şöbəsinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsinə fərman verib.
Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindəki boşluqlar nə idi və onun nazirliyin tabeliyinə verilməsi Azərbaycan elm və təhsilinin inkişafına hansı töhfə verə bilər?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, AMEA şərəfli yol keçib, amma son on ildə intriqa yuvasına çevrilib. Fərqli işlərdə çalışmış məmurlar işdən azad olunanda Akademiyaya gəlib. Elmi-tədqiqat müəssisələrinin yeni yaradılmış Elm və Təhsil Nazirliyinə qatılması dövlət və xalqın elmdən gözlədiyi rolun düzgün müəyyənləşməsinə səbəb olacaq:

"Biz uzun illərdir təklif edirik ki, elm və təhsil mərkəzi yaradılmalı, elmin köhnə qaydada idarə olunmasına son qoyulmalıdır. Dünən prezidentin imzaladığl fərman elmin inkisafının yeni müstəviyə qədəm qoymasına gətirib çıxaracaq. AMEA- nın ləğvindən söhbət getmir, humanitar və ictimai yönümlü institutlar, elmi tədqiqat müəssisələri AMEA-nın tərkibində fəaliyyət göstərəcəklər. Əsasən tətbiq yönümlü elmi-tədqiqat müəssisələrinin yeni yaradılmış Elm və Təhsil Nazirliyinə qatılması dövlət və xalqın elmdən gözlədiyi rolun düzgün müəyyənləşməsinə səbəb olacaq. Elm və təhsilin ayrı-ayrı fəaliyyət göstərməsi mümkün deyil. Bunlar bir-biri ilə o qədər vəhdət təşkil edən sahələrdir ki, elmi ayrı, təhsili ayrı qurumun idarə etməsi nəticəsində xeyli xoşagəlməz hal yaşayırıq. AMEA şərəfli yol keçib, amma son on ildə intriqa yuvasına çevrilməsi cəmiyyətdə ikrah və narazaılıqla qarşılanmasına səbəb oldu. Cəmiyyətdə uzun illərdir AMEA-da dissertasiyaların pulla yazılması kimi elmə yaraşmayan fəaliyyətin olması fikirləri səslənirdi.Təsadüfi insanların elmə gəlməsi, təkrar mövzuların dövriyyəyə vurulması, dissertasiya movzularının seçilməsində qeyri-peşəkarlıq və görüntü xarakterli işlərin olması qəbul edilən deyildi. Zaman-zaman fərqli işlərdə çalışmış məmurlar işdən azad olunanda Akademiyaya gəlirdilər, guya, hansısa elmi istiqamətdə rəhbərlik edirdilər. Akademiyada həqiqi elm adamları həmişə olub və bu gün də var. Amma 10 min əməkdaşın elmlə məşğul olması faydalılığın hansı səviyyədə olmasını göstərirdi. Akademiya qeybət yuvasına çevrilmişdi, səhərdən axşama kimi sadəcə vaxt öldürürdülər.
Mən düşünürəm ki, elm iqtisadiyyatın aparıcı lokomotivi olmalıdır. Bizim elmin iqtisadiyyata təsirini Akademiyaya rəhbərlik edənlər ayrı-ayrı otaqların icarəyə verilməsində görürdülər.
Elə bir mühafizə sistemi yaratmışdılar ki, sanki AMEA hərbi qurumdur. Hər zaman böyük ürək ağrısı ilə narazılığımı ifadə edirdim ki, Akademiyanın həyətində müxtəlif iaşə müəssisələri açılıb və Akademiyaya yaraşmayan tərzdə fəaliyyət göstərir. Orda çayxana, kafedə spirtli içkilər təqdim olunurdu. Dünyanın fərqli ölkələrində elmi tədqiqat mərkəzlərində olmuşam. Onların heç birində belə yanaşma yoxdu. Təsadüfi insanların elmə gətirilməsi normal olmayan ab-hava formalaşdırmışdı. Digər tərəfdən Elmlər Akademiyasında sağlam rəqabət mühiti yox idi. Həmin təsadüfi adamlar heç biri o elmi işləri özləri yazmamışdılar, onlar üçün o işləri yazanlar var idi. O elmi adlar geri alınmalıdır. Elmi elə spekulyasiya növünə çevirmişdilər ki, sanki elm tam fərqli fəaliyyət növüdür. Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi bu sahədə olan qüsurları aradan qaldıracaq və xalqımızın elmdən gözləntilərini doğruldacaq. Bütövlükdə elmin yerini və rolunu düzgün müəyyənləşdirəcək, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən sahələrdə tədqiqatlar aparacaq, tədqiqat üçün mövzular düzgün seçiləcək,istedadlı gənclərimiz Akademiyaya gələcək, ümumiyyətlə , Azərbaycan elmi özü pul qazanmaq iqtidarında olacaq. Humanitar və ictimai elmləri çıxmaq şərti ilə digər elm sahələri innovativ işlər tətbiqindən böyük vəsaitlər qazanmalıdır, amma qazana bilmirlər. Təəssüf ki, Azərbaycan alimlərinin birgə tədqiqatları yoxdu Biz beynəlxalq tədbirləri böyük ürək ağrısı ilə izləyirdik. Əslində elm tutumlu ölkələrdə Azərbaycan elminin hansı səviyyədə olması aydın görünürdü. Bu bizim xalqın intellektual göstəricisi deyildi. Xalqımız intellektual baxımdan qüdrətlidir, amma bu potensialı ortaya qoymaq üçün zəmin yox idi. Böyük ümidlə bu fərmanın nəticələrini gözləyirəm. Bu sahədə olan çatışmazlıqlar, dövlətin inkişafı ilə uzlaşmayan məqamlar aradan qalxacaq".

Təhsil eksperti Elşən Qafarov bildirib ki, Elmlər Akademiyası heç bir fundamental elmi araşdırmaya imza atmayıb. Onun Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi uğurlu nəticə verə bilər:
"Biz uzun illərdir ki, Təhsil Nazirliyində struktur dəyişikliyi gözləyirdik. Təhsil sahəsində bir neçə qurum var. Mərkəzi icra orqanı olan Təhsil Nazirliyi, elmi qurum olan Elmlər Akademiyası və təhsil sahəsində qiymətlənmdirmə, yekun attestasiya həyata keçirən Dövlət İmtahan Mərkəzi. Elmlər Akademiyası və Təhsil Nazirliyinin ayrı ayrımüstəqil fəaliyyət göstərməsi günün reallığı ilə uyğunlaşmır. Müstəqilliyimizin 30 illik tarixində elmi kadrları öz ətrafında birləşdirən Elmlər Akademiyası heç bir fundamental elmi araşdırmaya imza atmayıb. Hər il yüz milyonlarla dövlət vəsaiti Elmlər Akademiyasının saxlanmasına xərclənib. AMEA müstəqil təşkilat olaraq Azərbaycan elminin təhsil ilə inteqrasiyasını tətbiq edə bilmirdi. Bütün bunların fonunda mütəxəssislər qeyd edirdilər ki, Elmlər Akademiyasının ayrıca struktur kimi qalması Azərbaycan elminə töhfə vermir. Prezidentin imzaladığı fərman bu inteqrasiyanı təmin etmək üçün çox doğru addımdır. Azərbaycan elminin ali təhsil müəssisələri ilə birlikdə fəaliyyət göstərməsinə və ali təhsil müəssisələrinin elm vəinnovasiya mərkəzinə çevrilməsində böyük üçün töhfə verəcək. Digər tərəfdən 2022-2026-cı illər üçün proqramda prezidentin fərmanı ilə iki elmi tədqiqat institutunun yaranması da nəzərdə tutulub.Məhz bu tədqiqat institutlarının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi uğurlu nəticə verə bilər. İstənilən halda fərman Azərbaycan elminin inkişafı üçün müsbət addımdır".Dia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056860