"Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər sizə havayı verilirdi?" - ELDƏNİZ ƏMİROV

2023-02-15 12:35:00

"Bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır"

"Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər sizə havayı verilirdi? Xeyr, elə şey yoxdur. Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür. Maya dəyərinə nələrin daxil olduğuna baxın: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, torbanın xərci də sonuncu hissədə gizlənirdi: "İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin. Əlqərəz, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.783233