Saat:07:21
Haqqımızda

Əldən-ələ keçən Əfqanıstan torpağı – Herat vilayətində rayon mərkəzi taliblərdən geri alındı

2021-07-23 12:28:00

Əldən-ələ keçən Əfqanıstan torpağı – Herat vilayətində rayon mərkəzi taliblərdən geri alındı

Hurriyyet.org xəbər verir ki, Əfqanıstan ordusu Herat vilayətinin Karux rayonunu taliblərdən geri alıb.

Bu barədə açıqlamanı Əfqanıstan Müdafiə Nazirliyinin təmsilçisi Favad Aman verib. Onun sözlərinə görə, onlarla talib zərərsizləşdirilib və yaralanıb.

Xəbər verdiyimiz kimi, dünən “Taliban”ın təmsilçisi Zabiulla Mücahid Əfqanıstan sərhədlərinin təxminən 90 faizinin taliblərin nəzarətinə keçdiyini bildirib. ABŞ Silahlı Qüvvələrinin Qərargahlarının Birləşmiş Komandanlığının başçısı Mark Millinin sözlərinə görə, taliblər ölkədə vilayət mərkəzlərinin təqribən yarısını ələ keçiriblər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.291585