Saat:22:58
Haqqımızda

Eldar Tağıyev: "Rusiya-Ukrayna münasibətləri azərbaycanlıların vəziyyətini çətinləşdirib" - VİDEO

2022-01-14 17:53:00

Eldar Tağıyev:

Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucularından biri olan, tarixçi Eldar Tağıyev Xeber.de-yə yaşadığı ölkədəki vəziyyət, azərbaycanlıların ordakı çətinlikləri barədə danışıb, Ukrayna gündəmini dəyərləndirib. E.Tağıyev ABŞ və Qərb dövlətlərinin xəbərdarlığına baxmayaraq rəsmi Moskvanın Ukrayna sərhədi boyu kütləvi şəkildə hərbi qüvvə cəmləşdirməyə davam etməsi barədə danışarkən qeyd edib ki, ölkədə müharibə abu-havası hiss edilmir.

Rusiya-Ukrayna münasibətlərinin Ukraynada yaşayan azərbaycanlı iş adamlarının vəziyyətini çətinləşdirdiyini vurğulayan E.Tağıyev bildirib ki, ümumilikdə biznes fəaliyyəti ilə məşğul olan şəxslər incidilir, dövlət isə, buna susqunluq nümayiş etdirir.

Ukraynada aktiv diaspor fəaliyyəti ilə məşğul olan tarixçi diaspor təşkilatlarının fəaliyyəti barədə danışarkən, Diaspora Komitəsinin keçmiş sədri Nazim İbrahimov və ona yaxın təşkilat sədrlərini kapital yığmaqda ittiham edib.

E.Tağıyev Ukraynadakı diaspor təşkilatlarımızın ümumi fəaliyyətindən danışarkən, artıq onlar arasında parçalanma və intriqalara son qoyulduğunu xüsusi vurğulayıb.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR