Saat:07:17
Haqqımızda

Eldar Quliyevin SON VƏSİYYƏTİ: “Ölümündən 10 gün əvvəl…”- Xalq artisti AÇIQLADI

2022-01-18 17:39:00

Eldar Quliyevin SON VƏSİYYƏTİ: “Ölümündən 10 gün əvvəl…”- Xalq artisti AÇIQLADI

“Eldar dünya çapında bir kinorejissor idi. Təəssüf ki, gedənlərin yeri dolmur, boş qalır. Eldarın da yeri boş qalıb. Bu gün Eldar Quliyev kimi klassik kino ənənəsini yaşadan yeni nəsil yox səviyyəsindədir”.

Bunu bu gün doğum günü olan mərhum kinorejissor Eldar Quliyevlə bağlı xatirələrini bölüşərkən xalq artisti Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

O, Azərbaycan kinosunda misilsiz xidmətləri olan həmkarı ilə son görüşü və vəsiyyəti barədə də danışıb:

“Eldar paxıllıqdan və qısqanclıqdan uzaq bir insan idi. Gözütox, əxlaqına sadiq şəxsiyyət kimi də hamımızın yadında qalıb. O, dünyasını dəyişəndə çox söz-söhbətlər gəzdi ki, niyə onu Fəxri Xiyabanda dəfn etməyiblər. Dövlət onun Fəxri Xiyabanda dəfn olunması üçün qərar vermişdi. Sadəcə olaraq, Eldarın vəsiyyəti bu idi ki, onu həyat yoldaşının yanında dəfn etsinlər. Qızı özü bu vəsiyyəti açıqladı. Eldarla son görüşümüzü xatırlayanda indi də gözlərim dolur. Ömrünün son günlərində kinostudiyaya gəlib-getmirdi. Onu “Torqovı”da gördüm. Əsa ilə gəzirdi. Dedim, Eldar əla bir reseptim var, onu sənə deyəcəm, hazırla, istifadə et, sağalacaqsan. Zarafata salaraq dedi ki, mənimki sağalmaqdan keçib, mən o dünyalığam. Zarafatlaşdıq, dedik-güldük, ayrıldıq. Heç üstündən 10 gün keçməmiş, xəbər gəldi ki, Eldar dünyasını dəyişib. Çox ağır itki oldu, həm milli kinomuz üçün, həm də bütövlükdə mədəniyyətimiz üçün. Onun çəkdiyi bütün filmlər milli kinonun şedevrləridir, hamısı tarixdə qalacaq. Hanı indi elə filmlər çəkən rejissorlar? Mən təklif edirəm ki, Mədəniyyət və İncəsənət Universitetində Eldar Quliyev və onun kimi dahi sənət adamlarının həyat və yaradıcılığı tədris vəsaiti kimi dərsliklərə salınsın və tədris olunsun”.

yenicag.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR