Saat:13:31
Haqqımızda

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

2025-12-04 11:28:47

Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinə sədr təyin edilib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu, Ülvi Eldar oğlu Mansurovdur.

Qeyd edək ki, Ü.Mansurov 1983-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsilib, 2015-ci ildə isə Böyük Britaniyanın Vorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb, 2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Vorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.

Ü.Mansurov əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankı ASC-də (ABB) başlayıb, 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb, 2012-ci ildə Bank Technique ASC-nin İdarə Heyətinin (İH) sədri, 2015-ci ildə isə ABB-nin İH sədrinin müavini vəzifəsinə təyin olunub.

O, 2017-ci ildən Azərpoçt MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən bu təyinata qədər isə Azərbaycan İnvestisiya Şirkəti ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Əlavə edək ki, Anar Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur.