Eldar Həsənov məhkəmədə İFADƏ VERDİ
2021-09-20 16:24:00
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini epizodlar üzrə davam etdirib.
O, ittihamlarla razı olmadığını bildirərək, yenidən səhhəti barədə danışıb. Daha sonra E.Həsənov səhhətindəki problemlərə görə məhkəmə prosesinin təxirə salınmasını xahiş edib.
E.Həsənovun xahişi nəzərə alınıb və növbəti məhkəmə iclası sentyabrın 24-nə təyin edilib.