Elçin Sadıqov aclıq aksiyasına başladı

2022-09-16 17:28:00

Elçin Sadıqov aclıq aksiyasına başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

Hurriyyet.az xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib. Daha sonra o özü danışıb. Vəkillər həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Vəkil İradə Cavadova məhkəmə iclasından sonra juralistlərə açıqlamasında bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib.

O, E.Sadıqovun həbs edildiyi gündən aclığa başladığını vurğulayıb.

Növbəti proses sentyabrın 17-də baş tutacaq.

Xatırladaq ki, vəkil Elçin Sadıqov "Xural" İnternet kanalının rəhbəri Əvəz Zeynallı ilə birlikdə "Baku Still Company" şirkətinin sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir.

E. Sadıqova qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü( külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb və onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. 

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065138