Elçin Ləmbəranski: “Təxribata çəkirlər, bəziləri mənə ilişir...”

2023-02-10 22:49:00

Elçin Ləmbəranski: “Təxribata çəkirlər, bəziləri mənə ilişir...”

“Haqqımda qara piar aparırlar. Bu da paxıllıqdan irəli gəlir. Çünki göz önündəyəm”.

Bunun bloqer Elçin Ləmbəranski bildirib.

“Bəziləri bildirir ki, guya demişəm ki, Azərbaycandan Türkiyəyə yardım kampaniyasını mən təşkil etmişəm. TikTok, “İnstagram” platformalarından videolarımı izləyin, yardım kampaniyasını təşkil etdiyinə görə Heydər Əliyev Fonduna, Türkiyənin Azərbaycandakı səfirliyinə təşəkkür etmişəm. Videolarımın birində də demişəm ki, yardımla bağlı ilk çağırış məndən olub. Çağırış etdikdən sonra insanlar xəbərdar oldular, axın etdilər. Deyirlər ki, yardım kampaniyasını kimlərsə öz adına çıxmaq istəyir. Bu dəfə də birinci ola bilmədiniz, ona görə də Elçin Ləmbəranskiyə qarşı qara piar həyata keçirdiniz. Məni zəiflədə bilməyəcəksiniz. Səhvim yoxdur ki kimdənsə çəkinəm. Məni təxribata çəkirlər, bəziləri mənə ilişir... Bacarmayacaqlar. Bir gün vəzifəm olsa, mənə elə yaltaqlanacaqsınız ki. Şərdən, böhtandan əl çəkin. Dövlətin polisi, təhlükəsizlik xidməti kimin nə işlə məşğul olduğunu yaxşı bilir”, - E.Ləmbəranski qeyd edib. \\Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161004