"Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir"

2022-12-13 19:07:00

Xəbər verdiyimiz kimi, "Elgizlə izlə" verilişində müğənni Elçin Cəlilovla bağlı məlumat yayımlanıb. Bildirilib ki, ifaçının narkotikə qurşanmasına səbəb musiqiçi olub. 

Aparıcı Elgiz Əkbər instaqram səhifəmizdə bununla bağlı paylaşıma şərh yazıb. 

"Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləməsin. Reklam arasında bizə bildirildi ki, söhbət skripka ifaçısı Natiqdən gedir (Natiq Nuriyev - red.) O, musiqiçilərin evini yıxır, onları narkotikə alışdırır" deyə, Elgiz Axşam.az-ın instaqram səhifəsinə yazıb. 

Axşam.az aparıcı ilə əlaqə saxlayaraq məsələ ilə bağlı sual ünvanlayıb. Elgiz "Reklam fasiləsində bizə belə dedilər. Deyirlər ki, həmin şəxsdir" cavabını verib. 

Vüqar da məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O, bildirib ki, efirdə musiqiçinin adını açıqlamaq istəməyib:

"Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim". 

Qeyd edək ki, proqrama qonaq olan müğənni Vüqar Muradov Elçin Cəlilovun hazırda yaşayan bir musiqiçi tərəfindən narkotikə öyrəşdirildiyini söyləyib. Bununla yanaşı Əməkdar artist Rəhman Rəhmanov oğlu Emilin də həmin musiqiçi tərəfində narkotikə alışdırıldığını açıqlamışdı.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.161537