Saat:14:18
Haqqımızda

Əl-Şaraa: "Rusiya yeni Suriyanın inkişafında ciddi rol oynayacaq"

2025-10-15 16:27:54

Əl-Şaraa:

Hurriyyet.az Rusiya mediasına istinadla xəbər verir ki, Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl-Şaraa RF Prezidenti Vladimir Putin ilə görüşündə Suriyanın yeni hakimiyyətinin Rusiya-Suriya münasibətlərini hərtəfəli bərpa etməyə çalışacağını bildirib.
Əl-Şaraa deyib: "Biz münasibətlərimizi hərtətəfli şəkildə yenidən qurmağa və sizi yeni Suriya ilə tanış etməyə çalışacağıq". Suriya Prezidenti qeyd edib ki, indiki dövrdə ə mühüm olan - bütövlükdə regionda sabitlik olmasıdır və Rusiya yeni Suriyanın inkişafında ciddi rol oynayacaq.
Putin də öz növbəsində Rusiya-Suriya münasibətlərinin həmişə dostluq əsasında qurulduğunu, Moskvanın Dəməşqlə münasibətlərdə həmişə Suriya xalqının maraqlarını əsas götürdüyünü söyləyib. 
Hürr Tərcüman