Əl-Qaidənin yeni lideri Seyf Əl-Ədl niyə İranda yaşayır və SEPAH onu niyə himayə edir?

2022-08-04 16:41:00

Əl-Qaidənin yeni lideri Seyf Əl-Ədl niyə İranda yaşayır və SEPAH onu niyə himayə edir?

Amerikanın avqustun 1-də Əfqanıstanda dronla öldürdüyü Əl-Qaidə rəhbəri Əymən Əl-Zəvahirinin yerinə gələcək ən önəmli şəxs Misir ordusunun keçmiş polkovniki və Misir İslam Cihadının üzvlərindən olan Seyf Əl-Ədldir.
Seyf Əl-Ədl 1998-ci il avqustun 8-də Amerikanın Tanzaniya və Keniyadakı səfirliklərinə bomba qoyması ilə bağlı olaraq, Amerika Federal Polisi tərəfindən axtarışa verilib. Bu hücumlar nəticəsində 224 nəfər ölmüş, 5000 nəfər isə yaralanmışdı.
Sözügedən terrorçu haqqında veriləcək hər bir məlumata görə, Amerikanın Dövlət Departamenti "Ədalət üçün mükafat" proqramı çərçivəsində 10 milyon dollara qədər mükafat təyin edib.
Dövlət Departamentinin bildirdiyinə görə, yüksək vəzifəli komandan, Rəhbərlik Şurasının üzvü və Əl-Qaidənin Hərbi Komitəsinin komandiri olan Seyf Əl-Ədl İranda yaşayır. 
Dövlət Departamenti onu da vurğulayıb ki, Əl-Ədl 1998-ci il terrorundan sonra İranın cənubuna gedib və SEPAH-ın qoruması altına alınıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055563