"El Klasiko" öncəsi "Barselona"da ciddi itki
2023-03-24 22:12:00
Zədə səbəbindən Niderland yığmasının düşərgəsinə getməyən "Barselona"nın futbolçusu Frenki de Yonqun durumu müəyyənləşib.
25 yaşlı yarımmüdafiəçinin dizində zədə aşkarlanıb. Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məluamt yayıb. Niderlandlı futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Frenki de Yonq İspaniya Kral Kubokunun "Real"la cavab oyununu buraxacaq. "El Klasiko" 5 aprel tarixində keçiriləcək.\\Offsideplus.az