Əl-Cəzirə kanalından xəbərdarlıq: Tehrandan Tel-Əvivə salamlar

2022-04-22 16:58:00

Əl-Cəzirə kanalından xəbərdarlıq: Tehrandan Tel-Əvivə salamlar

Qətər mediası olan Əl-Cəzirə yüksək rütbəli İran rəsmisinə (adı açıqlanmır) istinadla bildirib ki, İran rəsmiləri İsrailin nüvə arsenallarının, həmçinin bioloji və kimyəvi silah anbarlarının yerləşdiyi xəritələri Avropa ölkəsi vasitəsilə İsrailə göndərib.

Eləcə də bildiriblər ki, İsrail tərəfinin müharibəyə başlayacağı təqdirdə bu obyektlər Tehranın hədəfinə çevriləcək. Bundan əlavə Əl-Cəzirə İran rəsmisinə istinadən bildirir ki, görüntülərin əksəriyyəti peykdən deyil, yerdən çəkilib.
Həmçinin mənbə bildiribki, İsrail daha əvvəl hərbi strateji obyektlərinin yerini dəyişib, lakin göndərilən fayllarda bu obyektlərin tam olaraq yeni yerin fotoşəkilləri var.
Əl-Cəzirə mənbəsinin bildirdiyinə görə, İsrail silahları olan obyektlərin divarları "qırmızı işarələnib". Eyni zamanda, kanalın həmsöhbəti bu işarələrin obyektlərin fotolarına, yoxsa birbaşa binaların divarlarına vurulduğunu açıqlamayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya