Saat:03:33
Haqqımızda

"Əl Cəzirə": "ABŞ bazasında yaralıların sayı 34 nəfərə çatıb"

2024-01-29 09:30:41

Hurriyyet.az xəbər verir ki, Qətərin "Əl Cəzirə" (Al Jazeera) telekanı amerikalı məmurdan aldığı məlumata əsasən, ABŞ-ın İordaniyada yerləşən bazasının vurulması nəticəsində yaralananların sayının 34 nəfərə çatdığını bildirib. Kanalın digər mənbəyə istinadla verdiyi xəbərə görə, Vaşinqton "bu hücumu törədən silahlı qrupun aşkar edilməsi" üzərində çalışır.
Ağ Evin mətbuat xidməti Prezident Cozef Baydenin yanvarın 27-də ABŞ-ın İordaniyanın şimal-şərqində, Suriya ilə sərhəddə yerləşən hərbçilərinə PUA hücumu edildiyini bildirən açıqlamasını dərc edib. Açıqlamada 3 amerikalı hərbçinin öldüyü, çox sayda yaralı olduğu bildirilir.
Bayden deyib: "Hücum Suriyada və İraqda İranın dəstəyi ilə fəaliyyət göstərən radikal silahlı qruplar tərəfindən törədilib".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159019