Saat:03:54
Haqqımızda

Ekspres qatarda problem yarandı

2024-01-26 09:12:56

Ekspres qatarda problem yarandı

Bu gün saat 7:45-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan ekspres sərnişin qatarı texniki səbəbə görə qrafikdən qismən kənara çıxıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, hərəkəti saat 8:20-də bərpa olunub:

“Sərnişinlər qrafikdə olan digər qatarlara yönləndirilib. Ekspres qatar istisna olmaqla digər sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215099