Ekspertdən şok: Rusiya qırıcısı qəsdən dronla toqquşub!

2023-03-15 09:52:00

Ekspertdən şok: Rusiya qırıcısı qəsdən dronla toqquşub!

Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reaper" dronu ilə toqquşması rusların planlaşdırılmış təxribat hərəkətidir. Bu, ABŞ dronunun qəsdən məhv edilməsi idi.

Hurriyyet.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko bildirib.

Ekspert Rusiya hərbçilərinin məhvedici silahlardan istifadə etmədən təxribatlarda zəngin təcrübəyə malik olduğunu qeyd edib:

“Hətta sovet dövründə də təyyarə və gəmilərin rəqiblərə qarşı təxribat xarakterli və təhlükəli hərəkətləri tətbiq olunurdu".

O xatırladıb ki, ruslar bir neçə dəfə təhlükəli aviasiya uçuşu həyata keçirib və ya ərazi və neytral sulardan bir gəmini sıxışdırıb çıxarıblar:

"SSRİ-də, eləcə də Rusiyada silah istifadə edilmədən belə təxribatlar nadir hal deyil və hətta təsir elementi idi".

Qeyd edək ki, ötən gün Rusiyaya məxsus Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına (PUA) çırpılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.180287