Saat:01:26
Haqqımızda

Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi

2021-09-24 11:57:00

Ekspertdən fərqli baxış: Pandemiya cinayətləri azaldır - DİN reaksiya verdi

Son vaxtlar Azərbaycanda kriminal hadisələrin sayının artdığı bildirilir. Xüsusilə qətl, narkotik vasitələrin alqı-satqısı, soyğunçuluq və bu kimi digər cinayət əməllərinin artması pandemiya şəraiti ilə əlaqələndirilir. Bəzi insanlar düşünür ki, karantin rejimi, işsizlik və virusun yaratdığı psixoloji gərginlik əksər hallarda cinayətlərə gətirib çıxarır.

Bəs hazırda ölkədə kriminogen durum necədir? Pandemiya cinayət hadisələrinin artmasına necə təsir edir?

Hurriyyet.az xəbər verir ki, Sabiq polis rəisi, kiminalist-ekspert Mahmud Hacıyev Modern.az-a bildirib ki, pandemiya dövründə cinayətlərin sayı artmayıb, əksinə azalma qeydə alınıb:

“Ölkədə pandemiya dövrü olmasına baxmayaraq, kriminogen vəziyyət normaldır. Əksinə pandemiya şəraiti cinayətlərin artımının qarşısını alıb. Çünki pandemiya dövründə insanlar bacardıqları qədər biri-birilərindən uzaq dururlar. Bəziləri virusa yoluxduğu üçün evdən çölə çıxa bilmir.

Pandemiya ilə əlaqədar polis postları quruldu, nəzarət gücləndirildi. Cinayətə meyilli olan insanlar belə güclü nəzarətdə heç cinayət etməyə təşəbbüs edərlərmi?! Ona görə deyirəm ki, pandemiya insanların cinayətə olan meyillərini azaldır”.

Ekspert  cinayət hadisələrinin hər zaman olduğunu, indi isə mediada daha çox işıqlandırıldığını deyib:

“Ailə daxili cinayətlərə gəldikdə isə bu hər zaman olub. Ola bilər ki, insanlar pandemiya vaxtı mətbuatı, sosial şəbəkələri daha tez-tez izləyir. Belə hadisələrlə daha çox rastlaşırıq. Hadisələr hər zaman olub, sadəcə indi daha çox qabardılıb, göz önünə qoyulur. İndiki dövrdə baş verən cinayətləri əhali arasında daha tez yaymaq olur.

Biz Qafqaz ölkəsiyik. İstər cənubi, istərsə də şimali Qafqaz ölkələrində yaşayanlar bir az qanı qaynar millətlərdir. Yəni bizdə hər hadisəyə soyuq, biganə yanaşmaq yoxdur.  Tez alışan millətik.

Onu da qeyd edim ki, harada cəmiyyət, insan faktoru varsa, orada cinayət, oğurluq olacaq. İnsan mürəkkəb xarakterlidir. Bir daha bildirim ki, pandemiya cinayətlərin artımına təsir edən amil deyil, əksinə azalda bilər”.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Modern.az-a açıqlamasında bildirib ki, ölkədə kriminogen vəziyyət sabitdir və istisna bir hal yoxdur:

“Ölkədə kriminogen vəziyyət sabitdir. Xüsusi olaraq hansısa bir istisna hal yoxdur. Əməliyyat şəraiti Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılır. Kriminogen məsələlərdə hansısa narahatedici hal müşahidə olunmayıb”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR