Saat:01:55
Haqqımızda

Ekspert şərhi: ABŞ Əfqanıstandan sonra yeni münaqişəyə qarışacaq

2021-07-30 13:07:00

Ekspert şərhi: ABŞ Əfqanıstandan sonra yeni münaqişəyə qarışacaq

ABŞ-ın Əfqanıstandan qoşunları çıxardıqdan sonra yeni münaqişəyə qarışmaq istəyində olmadığını düşünmək sadəlövhlük olardı. “Stars and Stripes” nəşrinin gətirdiyi sitatın müəllifi Əfqanıstanın bərpası üzrə baş müfəttiş Con Sopkodur.

“Generalların, səfirlərin və yaxud administrasiyanın dediklərinə inanmayın. Onlar vəd etmişdilər ki, Vyetnamdan sonra artıq müharibələrə qarışmayacaqlar, sonra İraqa qoşun göndərdilər. Ardınca isə Əfqanıstana. Odur ki, yenidən başqa bir müharibəyə qarışacağıq”, deyə ekspert hesab edir.

Sopko, ABŞ-ın Əfqanıstandakı missiyasının uğursuzluğuna da münasibət bildirdi. Onun fikrincə, bunu təkəbbür və hiylə ilə izah etmək olar-ABŞ hakimiyyəti güman edirdi ki, bu ölkəni yeni bir Norveçə çevirə biləcək. Bundan başqa, kampaniyadan məsul olan bütün amerikalılar cəbhədə baş verənləri daim şişirdirdilər və indi bunun əvəzini ödəyirlər.

Bəzi məlumatlara görə, Taliban hərəkatı silahlıları onsuz da ölkə sərhədlərinin 90 faizinə nəzarət edir. İran, Türkmənistan, Tacikistan və Özbəkistanla sərhədlər isə tam nəzarət altındadır.

P.S. Maraqlıdır ki, bu ölkələrlə sərhədlər nəzarət altındadır və onların ərazilərinə qaçqın axınları baş vermir, amma Türkiyə əfqan qaçqınlarının sığınacaq martşrutuna çevrilib. Niyə???

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR