Saat:13:00
Haqqımızda

“Əks-hücum “qan vannasına” çevriləcək” - Orban Ukraynanı “qorxudur”

2023-06-02 14:35:00

“Əks-hücum “qan vannasına” çevriləcək” - Orban Ukraynanı “qorxudur”

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın öz işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücuma başlamasının əleyhinədir. 

Hurriyyet.az xəbər verir ki, yerli “Kossuth Rádió” radiostansiyasına müsahibə verən Baş nazir əks-hücumun Ukraynanın böyük itkilərilə nəticələnəcəyini deyib.

Orban bildirib ki, müharibədə hücum edən tərəf müdafiə olunana nisbətdə üç dəfə artıq itki verir və bu, o deməkdir ki, əks-hücum Ukrayna üçün “qan vannasına” çevrilə bilər: “Rusiyanın əhalisi 130-140 milyon nəfərdir, Ukraynanın isə 30-40 milyon arası. Bu şərtlər daxilində böyük savaşa başlamaq – bu, “qan vannasıdır”.

Orban təklif edib ki, Ukraynanın əks-hücumu başlamamış dayandırılsın və tərəflər danışıqlar masasına otursunlar. O, həmçinin əlavə edib ki, özü hakimiyyətdə olduğu müddətdə Macarıstan Rusiyaya qarşı savaşmayacaq.

AzPolitika.info 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR