Saat:08:31
Haqqımızda

"Əkrəm İmamoğlunun seçkini uduzmaq ehtimalı yetərincə yüksəkdir" - POLİTOLOQ

2024-03-26 11:52:22

"DEM də CHP-dən bəzi bələdiyyələri alıb, sonunda xüsusilə İstanbulda AKP-yə yarayacaq bir mövqe göstərərsə, mənə qətiyyən sürpriz olmayacaq!"

"CHP bu bələdiyyə seçkilərində də 2023-cü ildəki prezident seçkisi kampaniyasındakı səhvləri təkrarlayır. Hətta deyərdim ki, nəticələrə neqavit təsir edəcək daha böyük səhvlər də edir. 2023-cü il seçkilərinin nəticəsini hamımız bilirik, 2024-ü də bir həftəyə biləcəyik". Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib.

Politoloq hesab edir ki, böyük iqtisadi problemlərə və "Cümhur İttifaqı"nın namizədi Murat Kurumun zəif performansına rəğmən, Əkrəm İmamoğlunun bu seçkini uduzmaq ehtimalı yetərincə yüksəkdir: "DEM də CHP-dən bəzi bələdiyyələri alıb, sonunda xüsusilə İstanbulda AKP-yə yarayacaq bir mövqe göstərərsə, mənə qətiyyən sürpriz olmayacaq! Bu arada, anketçilərin dediyinə görə, 2023-cü ildəki prezident seçkilərində olduğu kimi, bu seçkidə də xüsusilə İstanbulda CHP qələbə çalacaq!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.170077