Əkrəm Əylisli ermənilərlə sülhdən danışdı

2022-09-02 15:45:00

Əkrəm Əylisli ermənilərlə sülhdən danışdı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel avqustun 31-də Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra deyib ki, tərəflər sülh sazişinin mətni üzərində işləmək haqda razılığa gəliblər və indi iki xalqı uzunmüddətli davamlı sülhə hazırlamaq lazımdır.

Bəs 35 ilin düşmənçiliyindən sonra xalqları sülhə hazırlamaq üçün konkret hansı işlər görülməlidir?

Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qalmaqallı "Daş yuxuları" romanının müəllifi, bu romanına görə kitabları yandırılan, Xalq yazıçısı adından məhrum edilən Əkrəm Əylisli Azadlıq Radiosuna açıqlamasında inandığını bildirib ki, iki xalqın bir-biri ilə dil tapması, sülh şəraitində yaşaması mümkündür, yetər ki, hər iki tərəfi pozitivə yükləmək üçün işlər görülsün: 

"İnanıram alınar, ona görə ki, xalqlar arasında belə münasibətlər birinci dəfə deyil baş verir. Az qala 100 il fransızlarla ingilislər yola getməyib, aralarında böyük münaqişələr olub. Amma indi necədir - İndi Parisdə bilet al, axşam get Londonda tamaşaya bax və ya Londonda bilet al, axşam get Parisdə restoranda yemək ye. 

Bizdə yaddaşda fərq var. Ermənilərlə azərbaycanlılar müxtəlif yaddaşlarla yaşayırlar, bu yaddaşlardakı neqativi götürməyə çalışmaq lazımdır".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064720