Saat:15:29
Haqqımızda

Ehud Barak: "Qəzzada əməliyyatın legitimliyi dünyada şübhə altına alınacaq"

2023-11-02 23:35:35

Ehud Barak:

"İsrailə beynəlxalq dəstək çox tez zəifləyəcək və Qəzzada hərbi əməliyyatın legitimliyi sual altına düşəcək".

Hurriyyet.Az xəbər verir ki, bu sözləri "Foreign Policy” nəşrinə müsahibəsində İsrailin keçmiş baş naziri Ehud Barak deyib.

"HƏMAS-ın Qəzza zolağında fiziki infrastrukturunu və nəzarət imkanlarını aradan qaldırmaq məqsədimizə nail olsaq belə, yaxın 10 və ya 20 il orada qalmaq fikrində deyilik, bəs estafeti bizdən kim alacaq?”, deyə keçmiş baş naizr.

Ehud Barakın sözlərinə görə, Qəzzada əməliyyat bir sıra məhdudiyyətlər, o cümlədən HƏMAS-ın girovlarının olması, münaqişənin Livandakı "Hizbullah"a sirayət etmə riski, eləcə də beynəlxalq hüquq nəzərə alınmaqla həyata keçirilir. Bundan əlavə, keçmiş baş nazir İsrailin hazırkı baş naziri Benyamin Netanyahunu tənqid edərək, "istənilən normal ölkədə" baş nazirin oktyabrın 8-də səhər istefa verə biləcəyini deyib.\\Qaynarinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203092