Saat:07:08
Haqqımızda

"Əhsən "Dəmir Yumruq", sən "Qarabağ Ermənistandır" qışqırana gör nələr dedirdirsən!" - SAHİB ALIYEV

2024-05-08 12:15:40

"Paşinyanın açıqlamasından görünür ki, o, Azərbaycanın indiyədək apardığı savaş və döyüşləri əsaslı, məntiqli, legitim sayır"

"Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında bir neçə açıqlaması diqqətimi çəkdi ki, onlardan da biri budur: "Delimitasiya prosesi nə qədər dərinləşəcəksə, savaş üçün əsas bir o qədər aradan qalxır, o məntiqsizləşir və legitimsizləşir". Məhz bu açıqlamadan görünür ki, Ermənistanın baş naziri Azərbaycanın indiyədək apardığı savaş və döyüşləri əsaslı, məntiqli, legitim sayır". Hurriyyet.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Paşinyan həmçinin, onu da xalqına çatdırır ki, delimitasiya prosesi davam etdirilmədiyi təqdirdə gələcəkdə baş verə biləcəklər də bu qəbildən olacaq: "Nə demək olar, əhsən Paşinyan, pardon, "Dəmir Yumruq", sən "Qarabağ Ermənistandır" qışqırana gör nələr dedirdirsən!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191719