Əhməd Məmmədli barəsində həbs qərarı verildi - Yenilənib

2022-09-20 19:23:00

Əhməd Məmmədli barəsində həbs qərarı verildi - Yenilənib

Gənc fəal, "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli saxlanılıb.

Sosial şəbəkələrdə onun günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən İslam Səfərli küçəsində maşına mindirildiyi və naməlum istiqamətə aparıldığı haqda məlumat yayılıb. 

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sorğumuza cavab olaraq bildirib ki, Ə.Məmmədli polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

***

Səbail rayon Məhkəməsinin qərarı ilə Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) təqsirli bilinərək 30 sutka müddətinə həbs edilib.\\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057736