Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural Abbaslıdır”

2022-11-21 20:46:00

Əhəd Məmmədli: “Yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri Tural Abbaslıdır”

“Gözlənildiyi kimi YAP-ın 30 illik yubileyinə müxalifətin dəvət edilməsi müzakirə mövzusu oldu. İndiyə qədər həmin YAP-la gizli qapılar arxasında min cür alver edən, indi isə ofsayd vəziyyətinə salınan, 30 ildir ki, dünyada bütün müxalifət antirekordlarını vuran, partbilet satmaqla sevimli Avropalarında belə səs çıxaran luzerlər tərəfindən müzakirə edilir. Gözlənildiyi kimi, həmin bu uğursuzların əsas hədəfi də Ağ Partiya başqanı Tural Abbaslıdır... Çünki yeganə qorxduqları, özlərinə təhlükə hesab etdikləri məhz Tural Abbaslı və Ağ Partiyadır!”

Bunu Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib.

“İllərdir ailəsində, məhəlləsində, nəslində hörməti olmayanların şərəf, ləyaqət, ailə dəyərləri məhfumlarından uzaq olanlar Tural bəyin şəxsinə qarşı aparmadıqları şər, böhtan, təhqir kampaniyası qalmadı, amma bütün cəhdləri suya düşdü. İnsanlıq, şəxsiyyətdən uzaq olan belə məxluqatların özləri kimi iyrənc anti-təbliğatı Tural Abbaslı və Ağ Partiyanı daha da gücləndirib, xalqın gözü qarşısında qaldırdı. Bu cür tədbir Belarus və ya Türkmənistanda belə keçirilsəydi, indi yuxarıda qeyd etdiyim çevrə bəh-bəhlə yazacaqdılar ki, görün Türkmənistan və Belarus belə düzəlir, Azərbaycan yox. Amma təəcüblənməyə dəyməz, Zəngəzur nəyə lazımdır, Fransanı müdafiə edən, erməni mediasına müsahibə verən vətən xainlərindən nə gözləmək olar ki..! Azərbaycana demokratiya Avropada oturum ala bilməyənlərin söyüşləri və ya jurnalist və polislərin sayının iştirakçılardan daha çox olan imitasion, yiyələrinə hesabat vermək üçün protokol qaydası keçirilən "aksiyalarla" gəlməyəcək. Azərbaycanda həqiqətən ciddi və real dəyişikliklər istəyiriksə, bu iqtidar və köhnə müxalifətin indiyə qədər bağlı qapılar arxasında gedən gizli alverinə son qoyub, iqtidar və yeni müxalifət arasında başlanan açıq dialoq, sivil münasibətlər və sağlam rəqabətdən keçir!” – Ə.Məmmədli qeyd edib. \\Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.125873