ƏHƏD ABIYEV XOŞBULAQ KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB - Fotolar

2023-03-15 13:52:00

ƏHƏD ABIYEV XOŞBULAQ KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB - Fotolar

Martın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Xoşbulaq kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və sakinlər iştirak ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib.

Onun sözlərinə görə, icra başçısı ilk olaraq sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib:

“İcra başçısı Əhəd Abıyev giriş nitqində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində Daşkəsən rayonunda, o cümlədən Xoşbulaq kəndində görülmüş işlərindən söz açıb. Vurğulayıb ki, ötən dövrlərdə Xoşbulaq kəndi qazlaşdırılmış, sel sularının tamamilə dağıtdığı kəndin iki hissəsini birləşdirən avtomobil körpüsü təzədən tikilmiş, ərazidə elektrik naqilləri SİP kabellərlə əvəzlənmiş, “Zağalı” elektrik yarımstansiyasının istifadəyə verilməsi ilə uzun illərdən bəri mövcud olan elektrik problemi tamamilə aradan qaldırılmış, 31 km uzunluğu olan Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurularaq asfaltlanmışdır. Həmçinin Xoşbulaq kəndinin turizm imkanlarından səmərəli istidafə olunması məqsədilə bir sıra layihələr həyata keçirilmişdir”, - deyə Elmar Əliyev bildirib.

Sonra Əhəd Abıyev Xoşbulaq kəndinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində əraziyə cari ilin aprel ayında yeni 2 su xəttinin çəkiləcəyini və 4 yerdə bulaq inşa ediləcəyini diqqətə çatdırıb, kəndinin ekoloji tarazlığının qorunması, yay aylarında məişət tullantılarının idarə edilməsində yarana biləcək məsələlərinin indidən həlli ilə bağlı tapşırıqlarını verib.   

Daha sonra Əhəd Abıyev qəbula gələn vətəndaşları fərdi qaydada dinləyib. Qaldırılan bir çox məsələlər yerində həll edilib. İcra strukturunun səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Qəbulda iştirak edən Xoşbulaq kənd sakinləri onlara hər zaman göstərilən həssas münasibətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.169857