Saat:19:42
Haqqımızda

Əhaliyə ŞAD XƏBƏR: Bu xidmətlər pulsuz ola bilər - VİDEO

2022-05-17 11:31:00

Əhaliyə ŞAD XƏBƏR: Bu xidmətlər pulsuz ola bilər - VİDEO

Azərbaycanda cərrahiyə əməliyyatlarının qiymətlərinin yüksək olması heç kimə sirr deyil. Bu məbləğ 10 min manatdan 100 min manatadək olur ki, bu da sadə vətəndaşların cibinə uyğun gəlmir.

Hurriyyet.az BAKU.WS-ə istinadən xəbər verir ki, yaranmış problemi aradan qaldırmaq üçün bütün cərrahi proseslərin icbari tibbi sığorta paketinə daxil edilməsi planlaşdırılır.

Bununla da standart qiymətlər müəyyənləşdirilə və bu qiymətlər dövlət tərəfindən ödənilə bilər.

İcbari tibbi sığorta üzrə dövlət agentliyinin departament rəhbəri Aynurə Əhmədova ARB TV-yə bildirib ki, layihə artıq hazırdır və dövlət qurumları tərəfindən rəylər verilir:

"Maliyyə resursları genişləndikcə xidmətlər zərfinin əhatə dairəsinin daha da genişləndirilməsi və digər tibbi xidmətlərin bura daxil edilməsi nəzərdə tutulub. Layihə hazırdır və dövlət qurumları tərəfindən rəylər verilir. Bütün rəylər toplandıqdan sonra layihənin təsdiqlənməsi gözlənilir".

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR