Saat:13:25
Haqqımızda

Əhali dollar alır - devalvasiya, yoxsa boşuna panika?

2021-12-01 11:20:00

Əhali dollar alır - devalvasiya, yoxsa boşuna panika?

Banklar 9 hərracda 853,9 milyon dollar alır; ekspertlər devalvasiya olmayacaq deyir

Azərbaycanda xarici valyuta, xüsusilə də dollar alışı kəskin artıb. Arxada qoyduğumu noyabr ayı ərzində Mərkəzi Bankda təşkil edilən 9 hərracda Dövlət Neft Fonduna məxsus 853,9  milyon dollar satılıb. Bu da 2020-ci ildə banklar tərəfindən pandemiya səbəbindən kəskin qiymət itkisi fonunda əhalinin dollar alışına tələbin kəskin artdığı martdan bu tərəfə ən yüksək göstəricidir. Bu məbləğ oktyabrdakı valyuta satışından (539,9 milyon dollar) 58,1 faiz çoxdur.

Noyabrın son altı hərracında ardıcıl olaraq bankların dollar tələbi yüksəlib. Həmin son altı hərracda, müvafiq olaraq, 88,6 milyon, 90,1 milyon, 97,6 milyon, 96,5 milyon, 105,5 milyon, 142,9 milyon dollarlıq xarici valyuta satılıb. Ümumilikdə bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda 5 milyard 699,2 milyon dollar məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz azdır. Lakin noyabr ayında valyuta satışının məbləği ötən ilin noyabr ayına nisbətən 72,3 faiz çoxdur. Ötən ilin noyabrında valyuta satışının həcmi 495,5 milyon dollar təşkil etmişdi.

Bankların hərraclarda aldığı dollar həcmi ilə yanaşı əhalinin banklardan aldığı valyuta həcmi də artır. Belə ki, rəsmi məlumata əsasən, 2021-ci ilin oktyabr ayı ərzində banklar tərəfindən əhaliyə 159,26 milyon dollar satılıb. Bu da öncəki ayla müqayisədə 63,86 milyon dollar, yaxud 66,9 faiz artım deməkdir. Oktyabrda əhalinin qeydə alınmış dollar tələbi 2021-ci ilin fevralından bu tərəfə ən yüksək göstəricidir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan büdcəyə 7 milyard 309,7 milyon manat vəsait transfert edilib. Maliyyə Nazirliyinin məlumatına əsasən, bu, proqnoza nisbətən 1 milyard 840,3 milyon manat və yaxud 2,1 faiz azdır. Proqnozun tam yerinə yetirilməməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin büdcə proqnozunu artıqlaması ilə icra etməsi və büdcə kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunması ilə bağlıdır. Milli Məclisdəki büdcə müzakirələri zamanı hökumət nümayəndələrinin verdiyi məlumatda ilin sonunadək Neft Fondundan büdcəyə transfertin proqnozdan az olaraq qalacağı qeyd olunurdu. Lakin dollara tələbatın kəskin artması fonddan valyuta satışını da artıracaq. Bu isə büdcəyə köçürülməsə belə, fondun xarici valyuta aktivlərinin azalmasına səbəb olacaq.

Əhalinin, elə biznesin də dollara tələbatının artması nə ilə bağlıdır? Burada qonşu ölkələrdə, xüsusilə Türkiyədə milli valyutanın dəyərsizləşməsi prosesi nə qədər rol oynayır? Azərbaycanda devalvasiya gözləntiləri dollara tələbin artmasına gətirib çıxara bilərmi?

Bu ilin 10 ayında xarici ticarətimizdə, o cümlədən idxalımızda artım baş verib. Belə ki, ötən ilin yanvar-oktyabrında xarici ticarətimizin həcmi 21 milyard dollar, ixracımız 12,2 milyard dollar, idxalımız isə 8,8 milyard dollar təşkil edib. Bu ilin eyni dövründə xarici ticarətimizin həcmi 26,1 milyard dollar, ixracımız 16,8 milyard dollar, idxalımız isə 9,3 milyard dollar olub.

Türkiyə 8 milyard dollar itirdi » 7news.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana yeyinti məhsullarının idxalında dəyər ifadəsində ciddi artım müşahidə olunur. Keçən ilin 10 ayında ölkəyə 1 mlyard 332 milyon dollarlıq yeyinti məhsulu gətirilmişdisə, bu ilin eyni dövründə bu, 1 milyard 516 milyon dollara çatıb. Həcm ifadəsində isə əsas yeyinti məhsullarının demək olar ki, hamısı üzrə idxalda azalma var. Məsələn, keçən ilin 10 ayında ölkəyə 243,4 milyon dollara 1,1 milyon ton buğda gətirilibsə, bu ilin 10 ayında 890 min ton buğdanı 246,2 milyon dollara almışıq. Keçən il 13,7 min ton kərə yağı və süddən hazırlanmış digər yağlara 67,5 milyon dollar vermişdiksə, bu il 12,5 min tona 64,5 milyon dollar ödəmişik. Digər məhsullarda da bahalaşmaya görə idxal həcmi azalsa da, dəyərdə ciddi artım var. Məsələn, 2020-ci ilin yanvar-oktyabrında 18,7 ton əczaçılıq məhsuluna 304,6 milyon dollar vermişdiksə, bu ilin eyni dövründə 16,9 tona 433,7 milyon dollar ödəməli olmuşuq. Bütün dünyada məhsulların bahalaşması prosesi getdiyinə görə idxalımızdakı artım əsasən dəyər ifadəsindədir. Bu isə xaricə daha çox valyutanın çıxması deməkdir. Lakin nəzərə alsaq ki, sentyabr-oktyabr aylarında idxalımızda ciddi artım baş verməyib, o zaman ölkə daxilində dollara tələbatın artmasının bu amillə bağlı olmadığını söyləyə bilərik.

İndiyədək Azərbaycanda adətən dekabr ayında xarici valyutaya tələb artır: xaricdən müqavilə əsasında gətirilən mallara görə borcların ödənməsi üçün son müddət olduğuna görə biznesin dollara ehtiyacı yüksəlir. Eyni zamanda qarşıdan gələn bayram tətilini xaricdə keçirmək istəyən vətəndaşlar sifariş etdikləri gəzinti turlarının dəyərini ödəyirlər, eyni zamanda xaricdə xərcləmək üçün valyuta ehtiyatı yaradırlar.

Maraqlıdır ki, Azərbaycana fiziki şəxslər tərəfindən malların idxalında ciddi artım müşahidə olunur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, keçən ilin 10 ayında fiziki şəxslər ölkəyə 821 milyon dollarlıq mal idxal edibsə, bu ilin eyni dövründə bu göstərici 1,1 milyard dollardan yuxarı olub.

Nəhayət, əhalinin dollar alışına təsir edəcək daha bir amil elektron ticarətdir. Azərbaycanda son illər əhalinin xaricdən internet üzərindən alış-verişi kəskin artım nümayiş etdirməkdədir. Mərkəzi Bankın məlumatına görə, bu ilin oktyabr ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 803 milyon manat həcmində ödəniş həyata keçirilib. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir. Bundan əvvəlki rekord sentyabrda qeydə alınmışdı - 774 milyon manat. Beləliklə, elektron ticarətin həcmi oktyabrda sentyabr ayı ilə müqayisədə 3,7 faiz, ötən ilin eyni ayı ilə müqayisədə isə 2,5 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında isə əhali e-ticarətə 5 milyard 218 milyon manat sərf edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 68,2 faiz çoxdur.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » YeniSözçü qəzeti

 Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda dollara tələbin kəskin artmasında bir sıra faktorların rolu var: “Burada psixoloji amil də var. Xüsusilə Türkiyədə lirənin dəyərsizləşməsi Azərbaycan əhalisində bizdə də devalvasiya olacağı gözləntisi yaradır və əhali öz vəsaitlərini dollara çevirməyə çalışır. Digər bir amil bayramqabağı gözləntilərdir. Kiçik və orta sahibkarlar adətən bayramqabağı satış həcminin artacağını nəzərə alaraq oktyabr-noyabrda xaricdən mal sifarişini artırırlar. Çox güman ki, dekabrın ortalarına qədər bu proses davam edəcək, biz dekabrda da xarici valyutaya tələbin artmasını müşahidə edəcəyik”.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” - Açıqlama

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda devalvasiya ehtimalı yoxdur: “Sadəcə olaraq, əhali Türkiyə lirəsi ilə bağlı baş verən prosesdən psixoloji təşviş yaşayır ki, bu da yüksək həddə deyil. Lirənin ucuzlaşması həm də əhalinin Türkiyədən elektron alış-verişini çoxaldır. Bankların dollar alışını artırmasının əsas səbəblərindən biri ilin sonuna yaxınlaşdıqca biznesin xaricdəki öhdəliklərinin icra müddətinin qısalmasıdır. Biznes qurumları ilin sonuna qədər xaricdəki partnyorlarına ödənişləri başa çatdırmağa çalışırlar. Bu baxımdan, dekabrda da hərraclarda dollara tələbin yüksək olacağı gözləniləndir”.

Ekspert əmindir ki, Azərbaycanda yaxınmüddətli dövrdə devalvasiya olmayacaq: “Devalvasiyanı zəruri edən amillər yoxdur. Burada rol oynayan əsas amil, bəllidir ki, neft qiymətləridir. Dünya bazarında neft qiymətləri ötən həftə 85 dollardan 73-74 dollara qədər azalıb. Lakin hətta 65-70 dollara qədər ucuzlaşsa belə, Azərbaycanın tədiyə balansı, ölkədəki makroiqtisadi sabitlik üçün təhlükə yaratmayacaq. Bildiyiniz kimi, ölkədə milli valyutanın məzənnəsini Mərkəzi Bank tənzimləyir. Belə olmasaydı, son aylarda baş verən proseslər nəticəsində manatın məzənnəsi möhkəmlənməliydi. Lakin Mərkəzi Bank buna imkan vermir. Əgər normal bazar iqtisadiyyatı prinsipləri ilə baxsaq, bu, heç də düzgün deyil: valyuta bazarını da digər bazarlardakı kimi, tələb və təklif amilləri tənzimləməlidir. İnzibati tənzimləmə sərbəst bazar münasibətlərinin inkişafının qarşısını alır. Lakin indiki halda Azərbaycan hökuməti manatın məzənnəsini nəzarətdə saxlamağa məcburdur, şərtlər bunu diqtə edir. Buna görə də Mərkəzi Bankın tənzimləməsi hələ bir müddət də davam edəcək”.

P.Heydərov bildirir ki, ilin sonuna yaxın əhalinin dollar alışını artırması təbii haldır: “Bu artım bir-iki aylıq olarsa, normal və təbiidir: xaricə ödənişlər, yaxud xaricdən müəyyən müddətlərdə alver artır. İndiki halda prosesə Türkiyədə lirənin dəyərsizləşməsinin təsiri var. Lakin əgər proses davamlı xarakter alarsa, bundan təşvişə düşməyə dəyər”.

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR