Saat:14:34
Haqqımızda

"Əgər Tehran bu qadağanı daha əvvəl elan etsəydi, münasibətlərdə mövcud gərginlik yaşanmazdı" - ELXAN ŞAHİNOĞLU

2021-10-21 10:56:00

"Ancaq bu azdır, İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı davranışlarını dəyişməli, daxili işlərimizə qarışmamalı, hansı dövlətlə tərəfdaşlıq etmək barədə bizə məsləhət verməməlidirlər"

"İranın "Mehr" agentliyinin məlumatına görə, iranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonlarına girişi qadağan edilib. İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib. Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. 

Politoloq hesab edir ki, əgər Tehran bu qadağanı daha əvvəl elan etsəydi, münasibətlərdə mövcud gərginlik yaşanmazdı: "Ancaq bu azdır, İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı davranışlarını dəyişməli, daxili işlərimizə qarışmamalı, hansı dövlətlə tərəfdaşlıq etmək barədə bizə məsləhət verməməlidirlər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, İranın Yollar və Nəqliyyat Agentliyinin qərarıyla paralel Azərbaycanla bağlı ritorika da dəyişərsə, yenidən iki dövlət arasında ortaq layihələrə qayıtmaq mümkündür.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR